Lotu Qulinin Rusiya “valisi” niyə həbs edilib? – ŞOK TƏFƏRRÜAT-FOTO
Lotu Qulinin Rusiyanın Ural regionu üzrə "valisi" Rəhman Abdullayevin həbsinin bəzi təfərrüatları məlum olub.
Musavat.com-un yerli KİV-lərə istianadən hazırladığı məlumata görə, Çelyabinsk polisi son on ildə bu “çəkidə” avtoriteti həbs etməmişdi. Məlumata görə, Rəhman Abdullayev nəinki Çelyabinsk, qonşu Tümen və Sverdlovsk vilayətlərinə də Quli tərəfindən nəzarətçi təyin edilmişdi. Rəhman regionun bütün bazarlarına haqq qoymuşdu. Hətta regionun ən böyük meyvə-tərəvəz bazası olan və Yekaterinburqda yerləşən “4-cü baza” (müqayisə üçün deyək ki, bu baza Ural regionunun ən böyük meyə-tərəvəz bazasıdı - musavat.com) uğrunda mübarizədə belə əvvəl kürd klanını, sonradan isə Röşvən Lənkəranskinin adamlarını vurub sıradan çıxarmışdı.
Bəziləri səhvən Lotu Qulinin adamı kimi İlham Osmanovu göstərirdilər. Amma elə deyil. Osmanov Ded Xasanın bacısı oğlu Temuri Mirzoyev (Timur Sverdlovski) tərəfindən regiona “smotryayuşi” təyin olunmuşdu. Timurun ölümündən sonra isə kürd klanı xeyli zəiflədi.
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən yerli KİV-lərə daxil olan məlumata görə, 2015-ci ildə haqqında şərti cəza çıxarılan Abdullayevi adi inzibati hüquq pozuntusuna qarışdığına görə, onu hər an həbs edə bilərdilər. “Rəhman Abdullayevi isə adi məişət mübahisəsinə görə saxlayıblar. Bir azərbaycanlı 300000 rubla öz həmyerlisinə maşın satıb. Maşın xarab çıxıb. Arada pul üstündə mübahisə düşüb. Zərərçəkən də Rəhmana müraciət edib. O da həmin adamdan pulu tələb edib. Abdullayevi müdafiə etmək fikrindən uzağam. Amma maşın söhbəti inandırıcı deyil”, - deyə mənbə bildirib.
Başqa bir mənbənin bildirdiyinə görə isə Rəhman Abdullayev barəsində həbs qərarını Rusiya DİN Çelyabnisk vilayəti baş idarəsinin cinayət axtarış şöbəsinin rəisi Rinat Kamaləddinov verib.
“Bu Rinatın öz təşəbbüsü olub. Neçə vaxtdı işində yol verdiyi nöqsanlara görə vəzifəsindən gedəcəyi və ya başqa kiçik vəzifəyə keçiriləcəyi ilə bağlı söhbətlər gəzir. Bu cür kriminal avtoritetin həbsiylə isə xilas olacağını düşünür. Amma yanılır”,- deyə mənbə bildirib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.