İki həftə əvvəl Nyu-Yorkda iş adamı Berk Suyabatmazla nikaha masasına oturan məşhur aparıcı Burcu Esmersoy ana olmağa hazırlaşır.
Bu barədə Burcu özü jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.
O, “Çox yaxında ana olacağam. İçimdən bir səs əkizlərimin olacağını söyləyir” deyib.
Qeyd edək ki, Esmersoy 2006-2008-ci illərdə italyan Massimo Cusimano ilə ailəli olub. O, 2013-2014-cü illərdə isə Sami Kiresepi ilə nişanlı olub. Nişanı qayıdan aparıcı “Evlilik dəftərini bağladım” desə də, sonradan ana olmaq istədiyini dilə gətirmiş və ötən ilin yayından tanış olduğu Berklə bu ilim mayın 15-də evlənmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.