Ova görə cərimələr artırıla bilər - Nazirlikdən yeni qərar layihəsi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz ov edənlərə qarşı cərimələrin məbləğinin artırılması üçün yeni qərar layihəsi hazırlayıb.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında deyib.
H.Əlizadə əlavə edib ki, hazırda cərimələnmə Nazirlər Kabinetinin 2004-cü ildə təsdiq etdiyi qərara uyğun olaraq həyata keçirilir: "Biz nazirlik olaraq, cərimələrin bir qədər də sərtləşdirilməsinin tərəfdarıyıq. Bununla bağlı yeni qərar layihəsi hazırlanıb. Bəzi cərimələrin məbləğinin bir neçə dəfə, hətta 5 dəfə artırılması nəzərdə tutulur. Yeni qərarın yaxın aylarda təsdiqlənməsi üçün hazırda ciddi işlər aparılır".
Nazirlik rəsmisinin sözlərinə görə, ötən il və bu ilin 4 ayı ərzində 300-ə qədər yerli vətəndaş brakonyerliklə məşğul olduğu üçün saxlanılıb və cərimələnib: "Bu ilin yalnız 3 ayı ərzində 7 xarici ölkə vətəndaşının hər biri qanunsuz ova görə 2000 manat məbləğində cərimə edilib və onların ölkədən çıxarılması barədə qərar verilib. Həmin əcnəbilər əsasən Körfəz ölkələrinin vətəndaşlarıdır".
H.Əlizadə onu da deyib ki, Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və sərhədyanı rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və sanitar-mühafizə zonalarında ov etmək qadağandır.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.