banner
banner

Gündəm

Sertifikasiya Mərkəzi ilə bağlı YENİ XƏBƏR var

Sertifikasiya Mərkəzi ilə bağlı YENİ XƏBƏR var

Sertifikasiya Xidmətləri Mərkəzinin əsas və ehtiyat texniki infrastrukturunun yaradılması üzrə işlər başa çatıb.

Trend-in məlumatına görə, bunu “Elektron eyniləşdirmə və etibarlı xidmətlər: cari vəziyyət və inkişaf perspektivləri” adlı seminarda çıxışı zamanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elm, Texnologiya və İnformasiya Cəmiyyətinin İnkişafı Şöbəsinin direktoru Rəşad Əzizov deyib.

Onun sözlərinə görə, tikilən mərkəzlər sertifikatların buraxılması üçün hazır vəziyyətə gətirilib:

 

“Ölkədə yeni şəxsiyyət vəsiqələrinə keçid üzrə işlər beynəlxalq təcrübə nəzərə alınmaqla artıq bir neçə ildir ki, aparılır. Vəsiqələrin daşıyıcılarına e-imza və eyniləşdirmə sertifikatları daxil ediləcək. Eyniləşdirmə funksiyaları ilə yanaşı, şəxsiyyət vəsiqələrini elektron imzaların təsdiqi üçün istifadə etmək mümkün olacaq”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.