Müğənni Röya Ayxan aldığı brilyant hədiyyələrdən danışıb. Axşam.az-ın məlumatına görə, sənətçi “Solo” verilişində onları istifadə etmədiyini bildirib: “Yaxşı, istifadə edəcəyim hədiyyələri sevirəm. Mənə 50 minlik boyunbağı hədiyyə edirlər, amma ürəyimcə olmur. Mən onu nə vaxt taxacam? Gözləyim, gərək 50 yaşım olsun, onda istifadə edim. Səhnəyə çıxanda heç vaxt brilyant taxmıram. Ancaq aksessuardan istifadə edirəm. Belə brilyantları isə oğlum üçün saxlayıram”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.