Milyarder Elon Maskın keçmiş sevgilisi, aktrisa Ember Herd tropik ölkələrin birində istirahət edir. 32 yaşlı aktrisa tətildə çəkilmiş şəkillərini tez-tez izləyiciləri ilə bölüşüb.
İdeal bədən quruluşuna sahib Emberin bikinili fotoları 1 milyon izləyicisi olan səhifəsində qısa zaman ərzində 80 mindən çox "like" toplayıb. Qeyd edək ki, Elondan öncə Herd aktyor Coni Deplə evli olub. 2015-ci ildə ailə quran cütlük 2017-ci ildə ayrılıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.