"Maşın"da iki iştirakçı birdən getdi - Finalçılar bəlli oldu
Gözlənilməz hadisələri ilə yadda qalan "Maşın"ın bu gün yeni bölümü nümayiş olunub. 5 iştirakçı ilə davam edən oyunda bu gün Uran səsverməyə çıxıb.
Finala iki addım qalmış səsverməyə çıxan Uran səs topladığı təqdirdə Pərvin Abıyevanı oyundan çıxaracağını söyləyib. Abıyeva isə "Uran yeniyetməlik illərimin qəhrəmanıdır" deyərək onunla mübarizə aparmaqdan imtinadə edib və nəticəni tamaşaçıların ixtiyarına buraxıb.
56,51 faiz səslə reper şouda iştirakını davam etdirib və o, Aytən Səfərovanı evə yola salıb. Pərvin Abıyeva isə özü əlini götürərək şounu tərk edib.
Beləliklə, "Maşın"da finalçılar bəlli olub: Roza Zərgərli, Uran və Hüseyn Əzizoğlu.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.