banner
banner

Sosİal

İntim xidmət təklif edən sayt bağlandı

İntim xidmət təklif edən sayt bağlandı

İnternetdə bir müddət əvvəl yaradılmış və Azərbaycanda eskort-xidmətlərini təklif edən sayt demək olar ki, fəaliyyətini dayandırıb.

Daxili İşlər Nazirliyi bu barədə məlumat verib 

Daxili İşlər Nazirliyi internetdə qadın alveri ilə məşğul olan və müştərilərə lüks eskort xidmətlər təklif edən saytla bağlı araşdırma aparıb.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Lent.az-a bildirib ki, sözügedən saytla bağlı nazirlik araşdırma aparıldiğini və bu barədə mətbuata geniş məlumat veriləcəyini bildirib.

Qeyd edək ki, bakuescortgirls.com beynəlxalq domenində yerləşən sayt Azərbaycan vətəndaşlarına eskort qadın xidmətləri təklif edir. Saytda müştərilərə yüksək təhsilli gənc qızların pul qarşılığında eskort xidmətləri sadalanır. Bildirilir ki, qızların qiyməti saatı 300 AZN-dən, bir sutkası 1500 AZN-ə qədər dəyişir: “Bu, adi həyat tərzi sürən gənc xanımlardır. Onlar bəzən eskort-xidmətlər təklif edirlər, çünki zərif cənabların kampaniyasında olmaq maraqlıdır, onlar səyahət etməyi xoşlayır və istənilən ziyarətçinin həyatını bəzəyə bilərlər. Gənc xanımlar təhsillidirlər, onlardan bəziləri hələ də oxuyur, digərləri isə peşəkar model olaraq çalışırlar. Onlar entuziazmla zəngindirlər və sizə istədiyiniz şeyi təklif edə bilərlər”.

Onu da bildirək ki, Kristina Novikova adlı şəxs tərəfindən qeydiyyatdan keçirilən sayt barədə mətbuatda məlumat yayılandan sonra saytın fəaliyyəti dayandırılıb. Sayt qeydiyyata alınarkən verilmiş əlaqə nömrəsinin isə müəyyən edilmədiyi bəlli olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.