Bir müddət əvvəl Bret Pitt və Ancelina Coli cütlüyü boşanma prosesslərinin gizli keçəcəyini bəyan etmişdi. Bu həftə cütlüyün məhkəməsi baş tutub. Aktrisanın rəsmi təmsilçisi məhkəmə zalında çıxış edib və istəklərini təqdim edib.
Coli ayrılma qərarı verdiyi gündən övladlarının sağlamlığının onun üçün önəmli olduğunu bildirib. Buna görə də məhkəmə prosesinin sakit, heç kimə zərər verməyəcək formada keçməsi üçün çalışdığını söyləyib. Məhkəmə Bred Pittin tərəfini tutub və onun övladları ilə əlaqə saxlamağa haqqı olduğunu söyləyib. Bunun üçün Pitt Ancelinadan icazə almalı deyil. Məhkəmə qərar verib ki, ataları ilə az əlaqə qurmaq uşaqların psixologiyasına mənfi təsir edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.