Şüvəlan qəsəbəsinin bir neçə sakini Xəzər Rayon Polis İdarəsinə müraciət edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Şüvəlan qəsəbə sakini Mahir Ağayevin 1 otaqlı, Qalib Hacıyevin isə 2 otaqlı evləri martın 2-dən 5-dək tamamilə sökülüb.
Araşdırma zamanı müəyyən olunub ki, həmin evlər qanunsuz tikildiyi üçün Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən sökülüb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.