Müğənni Mustafa Ceceli Ramazan bayramı ilə əlaqədar müxtəlif şəhərlərdə konsert verdikdən sonra Antaliyaya dönüb. Hava limanında jurnalistlərin suallarını cavablandıran ifaçı ikinci uşaq sahibi olmaq istəmədiyini bildirib:
“İkinci uşaq haqda düşünmürəm. Uşaq mediadan gizlətməsi mümkün olmayan yeganə varlıqdır. Belə bir xəbər olsaydı, bilərdiniz. Tətilə çıxacam. Kökəlmişəm. Görüm, bu il məni çimərlikdə çəkə biləcəklərmi?”. Qeyd edək ki, Ceceli 9 illik həyat yoldaşı Sinem Gedikdən boşandıqdan sonra Selin İmerlə ailə qurub. Müğənninin əvvəlki nikahından bir oğlu var. Bu yaxınlarda Sinemin də 4 aylıq hamilə olduğu iddia olunurdu.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.