banner
banner

Sosİal

Dövlət Komitəsi sədrinin müavini: "Azərbaycanda stabilliyi pozmağa yönəlmiş addımların qarşısını alırıq"

Dövlət Komitəsi sədrinin müavini:

“Azərbaycanda heç vaxt dini zəmində qarşıdurma olmayıb”.

“Report”un xəbərinə görə, bunu “Bakı prosesi: Dini icmalar və vəzifələr” mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib.

O qeyd edib ki, Azərbaycanda digər xalqlara hörmətlə yanaşırlar: “Azərbaycan müxtəlif millətlərin nümayəndələri yaşayırlar. Onlara heç vaxt təzyiq olmayıb, əksinə hörmətlə yanaşıblar, diqqət göstəriblər”.

S.Salahlının sözlərinə görə, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi “Bakı prosesi” öz nəticəsini verir: “Biz dini maarifləndirməni həyata keçirməliyik. Biz preventiv tədbirlər həyata keçirməklə ölkədə stabilliyi pozmağa yönəlmiş addımların qarşısını alırıq. Ölkədə dini ayinlərin icrası ilə bağlı hər hansı qadağa yoxdur. Məsələn, vəhhabilər bunu gizlətmirlər, deyirlər ki, biz hakimiyyətə gələcəyik, sizin malınızı mülkünüzü ələ keçirəcəyik. Bu, artıq dini fəaliyyət deyil. Ölkədə Konstitusiyanın tələblərinə əməl edilir. Biz imkan verə bilmərik ki, hansısa qruplar ölkənin siyasi quruluşunu dəyişsinlər. Bu, dünya xalqları tərəfindən də təqdir olunur”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.