Amerikalı müğənni Selena Qomez sevgilisi olduğu deyilən DJ Zeddlə (əsl adı Anton Zaslavskovo – red.) yeni klipini təqdim edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, “I Want You to Know” (“Mən bilməyini istəyirəm”) adlı mahnıya çəkilən ekran işi sadə süjet əsasında lentə alınıb. Burada klubda rəqs edən qız və onu izləyən oğlanın eşq hekayəsindən bəhs olunur.
Xatırladaq ki, Selena Qomezlə DJ Zeddin sevgili olması xəbərləri yanvardan etibarən yayılıb. Cütlüyün Selenanın yeni albomunun hazırlıqları zamanı tanış olduqları iddia edilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.