Türkiyəli aktyor Burak Özçivit Zəkəriyyəköydə villa alır.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor bağı, hovuzu olan, xoşuna gələn 2 villanın şəklini çəkərək sevgilisinin də fikrini öyrənmək üçün aktrisa Fəxriyyə Evcənə göndərib. F.Evcənin bəyəndiyi villanın dəyəri 3 milyon lirə (təxminən 1 milyon manat) olub.
Qeyd edək ki, bu il telekanallardan biri ilə 2 milyon lirəlik (təxminən 750 min manat) müqavilə imzalayan Burak çəkildiyi iki reklam da daxil olmaqla, ümumilikdə 2, 5 milyon lirə (təxminən 850 min manat) gəlir əldə edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.