Daha bir azərbaycanlı ailə Suriyaya gedib. Anspress-in məlumatına görə, Qax rayonunda yaşayan ailə başçısı Suriyada döyüşlərdə iştirak etmək üçün ölkəni tərk edib.
Rayon sakinlərinin verdikləri məlumata görə, Ləkit kənd sakini, Abdulhəmid Əliyev həyat yoldaşı Rüxsarə Əliyevi və 4 övladını da özü ilə birgə aparıb.
Məlumatda bildirilir ki, onların övladlarını 13, 7, 2 və 1 yaşları var. Hər üç uşaq da oğlandır.
Məsələ ilə əlaqədar rayon polis şöbəsilə əlaqə saxladıq. Polis şöbəsindən ANS PRESS-ə bildirdilər ki, ailə artıq bir neçə aydır ki, ölkəni tərk edib. Onların Suriyaya getdiyini təsdiqləyən şöbə əməkdaşları, hələlik ailədən heç bir xəbər olmadığını vurğuladılar. O da əlavə edilib ki, ailənin Suriyaya hansı məqsədlə getdikləri məlum deyil.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.