banner
banner

Sosİal

Fahişəliyi təbliğ edən sayt kimindir? AÇIQLAMA

Fahişəliyi təbliğ edən sayt kimindir?

Azərbaycanda qeyri-ənənəvi saytın yaradılması qalmaqala səbəb olub. Qızlarla eskort-xidmətləri təklif edən bu saytın qanunsuz fəaliyyəti çox çəkməyib. Hüquq-mühafizə orqanları da daxil olmaqla dövlət qurumları eskort saytının bazarını bağlayıb. 

“Bakuescortgirls.com” saytında 7 qızın fotoşəkli yerləşdirilib. Kristi, Olqa, Lətifa, Feyza, Uliana, Culiya və Xədicə adlı qızlara məxsus olduğu deyilir. Bu şəkillərlə bərabər, qızların hansı xidmət göstərdiyi barədə saytda mətn yerləşdirilib. Xanımların gözəl görünüşə, bədən quruluşuna malik olması, digər özəllikləri, həmçinin saata görə qiymətləri qeyd olunub. Qızlardan biri ilə görüşün 1 saatının qiyməti 300 manatdan başlayaraq dəyişir. Bir gecəlik onlarla gün keçirmək 1000-1500 manatdır. 

Ekspertlər bu halı açıq-aşkar fahişəliyə cəlbetmə kimi qiymətləndirirlər.

Ekspert Müzəffər Baxışlının sözlərinə, “Bakuescortgirls.com” saytında bu və digər şəxslərlə bağlı intim xidmətlər göstərilməsi barədə təkliflər irəli sürülürsə, eyni zamanda təkliflərə görə vəsait, yəni buna görə gəlir əldə edilirsə, belə əməllərə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və digər fayda əldə etmək) maddəsinə görə, cinayət məsuliyyətinə səbəb olan əməl kimi qiymətləndirilir.

Eskort saytının Kristina Novikova adlı şəxs tərəfindən yaradıldığı deyilir. Saytın sahibinin ünvanı Bakının Mirzəağa Əliyev küçəsi göstərilib.“Bakuescortgirls.com” saytı. “com” domen zonasında yaradılıb. “Azərbaycanın ".az” domen zonasında bu cür intim xidmətlər, fahişəliyi təbliğ edən saytları qəbul etmir. Saytla bağlı xəbər ictimailəşəndən sonra dövlət qurumları hərəkətə keçib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidməti Müşfiq Əmirov deyib ki, sayt qeydiyyatdan keçib və araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edilib. DİN müdaxiləsindən sonra sayta giriş məhdudlaşdırılaraq fəaliyyəti dayandırılıb.

DİN-nin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bu barədə açıqlama verib: “Milli adət-ənənələrimizə, xalqımızın yüksək mənəvi dəyərlərinə yaddır, qətiyyən uyğun gəlmir. Bu cür hərəkət və halları təbliğ etməyə cəhd göstərən, saytın qapanması dövlətimizin aidiyyəti qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin dərhal və operativ olaraq gördüyü tədbirlərin nəticəsidir”.

Bu arada saytın saxta olması barədə də məlumatlar yayılıb. Xidməti təklif edilən qızların fotolarının məşhur aktrisa, modellərə məxsus olması belə deməyə əsas verir.

 

ANS



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.