banner
banner

Şou

"Övladım böyüyənə qədər işləməyəcəm" - Aygün

"Övladım böyüyənə qədər işləməyəcəm"

Türkiyədə yaşayan müğənni Aygün Mayak İsmayılova Azərbaycana gəlib.

Axşam.az-ın əməkdaşı ilə söhbətində ifaçı “O səs Türkiyə”dəki çıxışından sonra yaradıcılıqdan uzaqlaşdığını bildirib:

“Bir ildir Azərbaycana gəlmirdim. Dostlarım, valideynlərim məni Türkiyədə ziyarət etsələr də, vətənim üçün darıxırdım. Qızım Mirayla birlikdə gəlmişəm. Novruz bayramını burada keçirəcəyik. Səfərimin məqsədi sırf istirahətdir. Heç  bir yaradıcılıq planım yoxdur. Əgər sənətlə məşğul olsam, gərək Türkiyəyə qayıtmayım. Ümumiyyətlə, qərar verdim ki, övladımı böyüdüb, müəyyən yaşa çatdırana qədər işləməyəcəm. Bakıya gəlməzdən əvvəl buradakı verilişlərdən birinə dəvət almışdım. Qatılmağı düşünmürəm”.

Qeyd edək ki, A.İsmayılova türkiyəli iş adamı Haluk Miyakla ailəlidir. İfaçı bu yaxınlarda "O səs Türkiyə" yarışmasına qatılmış, münsiflər Mazhar Alanson və Özkanın komandasında yarışmışdı.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.