banner
banner

Sosİal

Həmid Herisçi Milli Kitabxanadan qovuldu

Həmid Herisçi Milli Kitabxanadan qovuldu

Ötən gün ANS telekanalında yayımlanan “Şəxsiyyət vəsiqəsi” verilişinin aparıcısı, tanınmış yazıçı-jurnalist Həmid Herisçini M.F.Axundzadə adına Milli Kitabxanadan qovublar.

Bu barədə yazıçı sosial şəbəkədə məlumat yazıb. O, bildirib ki, aparıcısı olduğu verilişlə əlaqədar bir-neçə kitaba baxmaq üçün kitabxanaya gedib, bu zaman kitabxana işçilərindən biri yaxınlaşaraq söyləyib: “Direktorumuz dedi, sənə kitab verməyim, sən yaxşı adam deyilsən, televizorda klassiklərimizi təhqir edirsən..."

Yazıçı heyrətləndiyini deyir: "Ağzım qurudu. Qaldım mat-mətəl.Heç vaxt inanmazdım ki, kitabxanada başıma belə işlər açarlar. Kitab verməzlər mənə. Nədir bu? Rəhmətlik atam bu təkliyə-tənhalığa "təbrizli taleyi" adını vermişdi. İndi bu taleyi mən yaşayıram".

H.Herisçi əlavə edib ki, bu sözləri çaşqınlıqla qarşılayıb, çox pis olub, ancaq buna görə məhkəməyə, yaxud başqa bir müvafiq orqana müraciət eləmək fikri yoxdur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.