banner
banner

Sosİal

Biləsuvar məktəbliləri gələcəklərini kodlaşdıracaq

Biləsuvar məktəbliləri gələcəklərini kodlaşdıracaq

Avqustun 14-də bir qrup maarifçi gənclərin səyləri nəticəsində ərsəyə gələn “Gələcəyi kodlaşdır” (Code for Future) təşəbbüsünün ilk layihəsinə start verildi. . İlk olaraq Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbələrdə yaşayan VII-IX sinif şagirdlərinin iştirak etdiyi layihədə məktəblilərə kodlaşdırmanın əsaslarını öyrənəcək, Scratch, HTML və Paython kimi proqramlaşdırma dilləri ilə yaxından tanış olacaqlar.

Ölkənin qabaqcıl tədris müəssisələrindən olan “Code Academy”nin dəstəyi ilə başladılan layihədə 6-15 sentyabr 2018-ci il tarixlərində əksəriyyəti qızlar olan seçilmiş 45 köçkün uşaqları üçün 10 günlük sürətləndirilmiş tədris düşərgəsinin (bootcamp) keçirilməsi planlaşdırılır.

“Code Academy”nin təcrübəli müəllimləriylə yerli İKT müəllimlərini bir araya gətirən layihənin hədəflərindən biri də köçkün məktəblərinin bu sahədə tədris potensialının gücləndirilməsidir.

Layihədə iştirak edəcək şagirdlər sentyabr ayın əvvəlində müsabiqə yolu ilə seçiləcək. Seçilmiş şagirdlərə “Code Academy”nin peşəkar təlimçiləri 10 gün ərzində intensiv kodlaşdırma öyrədəcəklər. Təlim zamanı fərqlənən iştirakçıların kompüter və mobil telefon kimi dəyərli hədiyyələr və “Code Academy”də təhsil almaq imkanı əldə edəcəklər.

Layihənin açılış mərasimində iştirak edən yerli icra hakimiyyəti orqanı nümayəndələri, müəllim və valideynlərə proqram barədə geniş məlumat verildi. “Gələcəyi kodlaşdır” komandasının rəhbəri Xalisə Şahverdi yerli məktəb şagirdlərini bu proqramda iştirak etməyə və gələcəyin ən önəmlı bacarıqlarından olan kodlaşdırmanı öyrənməyə səslədi. 
“Gələcəyi kodlaşdır” proqramı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi tərəfindən yerli icmaların inkişafı və inklüziv tərəqqinin artırılması məqsədilə dəstəklənir.

Məktəblilərə dəqiq elmləri öyrətməyi, yeni kəşflər etməyi və yeni dostluqlar qazandırmağı qarşısına məqsəd qoyan “Gələcəyi kodlaşdır” layihəsində iştirak pulsuzdur.

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.