banner
banner

Şou

Tanınmış jurnalist intihara cəhd etdi - hazırda reanimasiyadadır

Tanınmış jurnalist intihara cəhd etdi

Tanınmış jurnalist Səbuhi Məmmədli bu gecə intihara təşəbbüs edib. O, öz niyyəti barədə Feysbuk sosial şəbəkəsində anons payaşıb. Jurnalist yazıb: "Bəsdi, bəsdi, bəsdi. Kimin həvəsi varsa, gəlsin. Biləcəri dəmir yolu körpüsünün üstünə. Aşağıda yüksək (gərginlikli) elektrik naqilləri var. Sizə reailiti-şou göstərəcəm. Çıxdım. Şəhərcikdən. Gəlin. Bəlkə elə yolda başqa şou da oldu..."

Bundan əvvəl isə o, aşağıdakı məzmunda başqa bir status yazıbmış: "Ölmək istəmirəm. Çox qorxurammm. Bu nə səhvlərdir, mən buraxdım.....bitsin...".

Sonra jurnalistin taleyi ilə bağlı nələr baş veribsə, indilikdə təfərrüatıyla məlum deyil. S.Məmmədlinin iş yoldaşı (APA) Nəsimi Nəbizadə isə FB səhifəsində onun hazırda Musa Nağıyev adına klinikada, reanimasiyada olduğunu, yanına heç kəsin buraxılmadığını, həyatının Səbuhi Axundov adlı həkim tərəfindən xilas edildiyini yazıb. 

Jurnalistin digər həmkarları da onun səhhətində müəyyən problemlər (yüksək qan təzyiqi, şəkər) olduğunu, son vaxtlar depressiyaya düşdüyünü qeyd ediblər.

Qeyd edək ki, Səbuhi Məmmədli müasir Azərbaycan jurnalistikasının ən parlaq imzalarındandır. O, dünyanın bir çox qaynar nöqtələrində olub, reportajlar hazırlayıb.

Sebuhi Memmedli adlı şəxsin şəkli.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.