banner
banner

XƏBƏRLƏR

Azərbaycanda əhalinin başına gələn 1 milyard dollarlıq qəza... Vətəndaş susuzluqdan əziyyət çəkir

Əhalini su ilə təchiz etməli olan dövlət qurumunun adı dəyişib, indi “Azərsu” yox, “Dövlət Su Ehtiyatları Agentliyi” olsa da, xidmət və keyfiyyət əvvəlki kimi bərbaddır. Əvvəlki yay fəsillərində olduğu kimi, əhalinin suya daha çox tələbatı olan isti günlərdə Bakı və şəhərətrafı qəsəbələrdə yaşayan insanlar yenə də günlərdir ki, susuzluqdan əziyyət çəkir.

İran 4 ölkə ilə “Böyük islam ordusu” yaradır?

İran İsraillə mübarizədə tərəfdaşlarından əməli dəstək gözləsə də, nəticə yoxdur. Tehranın ən yaxın iki tərəfdaşı - Rusiya və Çin sadəcə müharibə əleyhinə bəyanatlarla kifayətləniblər, onlar İranı ağır durumdan çıxaracaq istəkdə deyillər. İranla əlaqəli Hizbullah və HƏMAS isə başsız qalıblar və zəifləyiblər, Tehranın istəyi ilə İsrailə qarşı həmlə edəcək gücdə deyillər.

Qanun təsdiqləndi: Bu şəxslərə 59 yaşından pensiya ödəniləcək

Azərbaycan Prezidenti “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiq edib. Dünən təsdiq olunan dəyişikliklərə əsasən, daha tez pensiya çıxan vətəndaşlarımızın pensiyaları güzəşt müddətində dövlət büdcəsi hesabına ödəniləcək. Yəni, çox uşaqlı ailələrdə güzəştli şərtlər ilə qadınlar, bəzi hallarda isə atalar 5 il tez pensiyaya çıxırlar. Bu hallarda analar 59, atalar isə 60 yaşda pensiyaya çıxa bilirlər. Həmin vətəndaşlarımızın güzəştli şərtlər ilə pensiya aldıqları müddətdə ödənişləri artıq dövlət büdcəsindən ödəniləcək.

I və IV qrupların qəbul imtahanının cavabları AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 1 iyun 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.