banner
banner

Dünya

Gürcüstan seçkiləri: Baş nazir Saakaşvilini həbs edəcəyini deyir

Gürcüstan seçkiləri: Baş nazir Saakaşvilini həbs edəcəyini deyir

Gürcüstanın baş naziri Georgi Qaxariya keçmiş prezident Mixil Saakaşvilinin lideri olduğu “Vahid milli hərəkat” partiyasının paytaxt Tiflisin mərkəzində keçirdiyi mitinqdə video rabitə vasitəsilə etdiyi çıxışının cinayət olduğunu və buna hüquqi qiymət veriləcəyini söyləyib.

Qeyd etmək lazımdır ki, həmin mitinqdə Mixail Saakaşvili seçkilərin hakimiyyət tərəfindən saxtalaşdırılacağını və buna sərt şəkildə cavab veriləcəyini deyib.

“Buna veriləcək olan cavab - namus, hücum və xalq tərəfindən hakimiyyətin ələ alınmasıdır. Bizdən sərt təpki gözləyin”, - deyə eks-prezident hazırkı iqtidara səslənib.

“Dünən həmin liderin bəyanı faktiki olaraq insanları konkret hərəkətlərə təhrik etməkdir. Uzaqdan da olsa skayp vasitəsilə çıxış hüquqi nöqteyi-nəzərdən dəyərləndirilməlidir”, - deyə baş nazir Georgi Qaxariya Mixail Saakaşvilin çağırışına reaksiya verib.

Xatırladaq ki, sabah Gürcüstanda parlament seçkiləri keçiriləcək. Səsvermə bitdikdən sonra, saat 20:00-da Mixail Saakaşvilinin tərəfdarlarının Tiflisdə böyük mitinqinin baş tutması gözlənilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Tbilisidə etirazlar toqquşmalara çevrildi, yaralılar və həbs olunanlar var

Cia.az "Sputnik Gürcüstan" informasiya agentliyinə istinadla xəbər verir ki, Gürcüstanda DİN əməkaşlarına hücum faktları ilə bağlı cinayət işi qaldırılıb. Mayın 1-nə keçən gücə Tbilisinin mərkəzində "Xarici təsirin şəffaflığı" qanun layihəsinin əleyhinə keçirilən aksiyalarda 63 nəfər saxlanılıb, 6 nəfər asayiş keşikçisi yaralanıb. Saxlanılanlar xırda xuliqanlıqda və polisin göstərişlərinə tabe olmamaqda ittiham edilirlər.

Türkiyə İsrail və İrana çağırış etdi

Türkiyənin Xarici İşlər Nazirliyi bu gün İsraillə İranı və onların tərəfdarlarını böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

Tbilisidə parlament binasının qarşısında mitinq keçirilir

Cia.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Tbilisidə müxalifət parlament binasının qarşısında yenidən mitinq keçirməyə başlayıb. Nümayişçilər xarici agentlər barəsində qanun layihəsinin əleyhinə çıxışlar edirlər. Yüzlərlə mitinq iştirakçısı fit çalaraq və layihənin əleyhinə plakatlar qaldıraraq etirazlarını bildirib.

Ukraynanın ən çətin sınağı başlayır - "Blumberq"

Rusiyanın Ukraynanın enerji sisteminə raket hücumları, onun ikinci ən böyük şəhərini bombalaması və cəbhə boyu irəliləyişlər Ukraynada müharibənin dönüş nöqtəsinə yaxınlaşması qorxusunu artırır.