banner
banner

Dünya

Qaribaşvilini həbs edəcəklər?- müxalifət tələb edir

Qaribaşvilini həbs edəcəklər?- müxalifət tələb edir

Parlament müxalifətinin nümayəndələri “Gürcü arzusu” partiyasının sədri, keçmiş baş nazir İrakli Qaribaşvilinin əmlakının araşdırılması üçün istintaq komissiyasının yaradılmasını tələb edirlər

Müxalifət deputatlarının aprelin 10-da keçirdiyi birgə mətbuat konfransında bildiriblər ki, artıq bu komissiyanın yaradılması üçün kifayət qədər imza toplayıblar. “İrakli Qaribaşvili hazırkı hakimiyyətin korrupsiyasının simvolu, qanunsuzluğun, özbaşınalığın və dövlət vəsaitlərinin israfçılığının əsas simasıdır. Qaribaşvili və ailəsi bu qədər sərvəti haradan əldə edib? Biz Gürcüstan parlamentində İrakli Qaribaşvilinin əmlakını araşdırmaq üçün komissiya yaradılmasını tələb edirik ”, - deyə Tamar Kordzaia bildirib.

Vətəndaşlar Partiyasının lideri Aleko Elisaşvilinin sözlərinə görə, müxalifət İrakli Qaribaşvilinin ailə üzvlərinin də rüşvətlə əlaqəsi olub-olmadığını öyrənmək istəyirlər.

“Biz şəffaflıq və yalnız şəffaflıq istəyirik ”, - Elisaşvili bildirib. 

 

Parlamentdə yalnız konkret məsələni öyrənmək, dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanun pozuntusu faktlarını araşdırmaq üçün müvəqqəti istintaq komissiyası yaradılır. Komissiyanın yaradılması üçün əsaslar bunlardır:

Gürcüstanın dövlət təhlükəsizliyini, suverenliyini, ərazi bütövlüyünü, siyasi, iqtisadi və ya digər maraqlarını təhdid edən dövlət orqanlarının, vəzifəli şəxslərin qanunsuz hərəkətləri, korrupsiya hüquqpozmaları haqqında məlumat;

Dövlət büdcəsinin və yerli özünüidarəetmə büdcəsinin məqsədəuyğun olmayan xərclənməsi haqqında məlumat.

Parlamentin, komitənin, fraksiya sədrinin və ya parlamentin ən azı beşdə birinin müvəqqəti istintaq komissiyasının yaradılması təşəbbüsü ilə çıxış etmək hüququ vardır. Komissiyanın yaradılması üçün 50 deputatın dəstəyi tələb olunur, qərar qəbul edilərkən ona qarşı səslər nəzərə alınmır. Komissiyada müxalifətin təmsilçiliyi yarıdan az ola bilməz.

 

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə İsrail və İrana çağırış etdi

Türkiyənin Xarici İşlər Nazirliyi bu gün İsraillə İranı və onların tərəfdarlarını böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

Tbilisidə parlament binasının qarşısında mitinq keçirilir

Cia.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Tbilisidə müxalifət parlament binasının qarşısında yenidən mitinq keçirməyə başlayıb. Nümayişçilər xarici agentlər barəsində qanun layihəsinin əleyhinə çıxışlar edirlər. Yüzlərlə mitinq iştirakçısı fit çalaraq və layihənin əleyhinə plakatlar qaldıraraq etirazlarını bildirib.

Ukraynanın ən çətin sınağı başlayır - "Blumberq"

Rusiyanın Ukraynanın enerji sisteminə raket hücumları, onun ikinci ən böyük şəhərini bombalaması və cəbhə boyu irəliləyişlər Ukraynada müharibənin dönüş nöqtəsinə yaxınlaşması qorxusunu artırır.

ABŞ Yəməndəki obyektləri vurub

Cis.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Yəməndə hakimiyyətdə olan "Ənsar Allah" təşkilatının hərbi infrastrukturuna zərbələr endirib, husilərin HHM sistemini, yerüstü idarə sistemini və bir dronunu məhv edib.