"Rusiyanın Ukraynanın enerji sisteminə raket hücumları, onun ikinci ən böyük şəhərini bombalaması və cəbhə boyu irəliləyişlər Ukraynada müharibənin dönüş nöqtəsinə yaxınlaşması qorxusunu artırır.
Cia.az xəbər verir ki, bu barədə "Blumberq"də dərc olunan məqalədə bildirilib.
"1200 kilometrlik cəbhə boyu ciddi sursat və canlı qüvvə çatışmazlığı və hava hücumundan müdafiə sistemindəki boşluqlar göstərir ki, Ukrayna iki ildən artıq davam edən qarşıdurmada ən həssas vəziyyətdədir", - yazıda vurğulanıb.
Qeyd edilir ki, əsas risk Ukrayna müdafiəsinin dağılmasıdır və bu, Kremlə müharibənin ilkin mərhələlərindən bəri ilk dəfə böyük hücuma keçmək imkanı verəcək:
"Növbəti bir neçə ay Ukraynanın ən çətin sınağı olacaq, çünki əhali getdikcə müharibədən yorulur, xüsusən Xarkovda. Hücumların gözlənilən nəticəni verməməsi şəhər sakinlərində qorxu yaradır, baxmayaraq ki, əksəriyyət Kremlin metropolu ala biləcəyinə inanmır".
Bildirilib ki, Rusiya qoşunlarına artan sursat ehtiyatı kömək edir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.