Türkiyəli müğənni Gülşən konsertlərində açıq-saçıq geyindiyinə görə tənqid olunmasına cavab verib.
Cia.az xəbər verir ki, bu barədə o, instaqram hesabında yazıb.
“Bəli, mən bir ana-atanın qızı, bəli, bir kişinin həyat yoldaşı və bir uşağın anasıyam. Atasının qızı, bir kişinin həyat yoldaşı, bir uşağın anası olmaqdan savayı, mən ağlı və düşünmə bacarığı olan azad iradəyə sahib bir insanam. Bu statuslardan daha çoxuyam. Heç bir statusun köləsi deyiləm. Kiməsə aid deyiləm. Mən özüməm. Özümə aidəm”, - deyə o, paylaşımında qeyd edib.
İzləyicilərinin bir qismi Gülşənə haqq qazandırsa da, digər qismi onu tənqid edib, bütün bunları gündəmdə qalması üçün etdiyini yazıb.
Daha əvvəl Gülşənin musiqiçi həyat yoldaşı Ozan Çolakoğlu da xanımının açıq-saçıq geyinməsinə münasibət bildirmişdi: “Gülşənin geyimlərinə qarışmağım mümkün deyil. O, özünə nəyi yaraşdırırsa, geyinə bilər. İşini görür”.
Azərbaycanın sənət aləmi illərdir həm parlaq istedadlarla, həm də faciəvi həyat hekayətləri ilə gündəmə gəlir. Səhnədə milyonların sevimlisinə çevrilən bəzi sənətçilər şəxsi həyatlarında ciddi sarsıntılar yaşayıb. Onların bəziləri bu sarsıntıların mərkəzində narkotik vasitələrə qurşanmaq kimi təhlükəli bir yola düşüb.
Şou-biznes dünyasında gözəllik çox vaxt uğurun əsas şərtlərindən biri hesab olunur. Səhnəyə çıxan ifaçıların həm səsi, həm də xarici görünüşü daim diqqət mərkəzindədir.