Alim Qasımovdan 5 milyonluq villa barədə - AÇIQLAMA
Xalq artisti Alim Qasımov şəxsi villasını 5 milyon manata satışa çıxarması ilə bağlı məlumatlara reaksiya verib.
Cia.az xəbər verir ki, məsələ ilə bağlı “Qafqazinfo”ya danışan sənətkar yayılan informasiyanı təkzib edib.
Xanəndə bildirib ki, bu söhbət tamamilə yalandır: “Hansısa “makler” götürüb ora yerləşdirib. Ev satanın adını niyə yazırlar ora?! Bu söhbət mənlik deyil. Villa dostumuzundur, səhv biliblər”.
Qeyd edək ki, sözügedən mülkün Bakının “Vorovski” adlanan ərazisində, Heydər Əliyevin adını daşıyan məscidin yaxınlığında, 12 sot torpaq sahəsində yerləşdiyi bildirilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.