banner
banner

İqtİsadİyyat

Bankların kredit fırıldağı - Müştərini belə aldadırlar

Bankların kredit fırıldağı -

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və cəlbedici şərtlərlə təklif olunan kreditlərlə bağlı zamanla problemlər meydana çıxır. Əksər hallarda, kredit kartından istifadə etmiş vətəndaş ödəməli olduğu vəsaitin üzərinə faizin gəldiyini görür. Lakin çox vaxt faizlər müqavilədə qeyd olunan tarixdən daha tez tətbiq olunur. Bu isə kredit götürmüş vətəndaş üçün müəyyən problemlər yaradır. 

Cia.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, əksər banklar kredit müqaviləsi tərtib edərkən istehlakçıya yetərincə məlumat təqdim etmir: 

“Müqavilələrin tərtib edilməsi və vətəndaşların bu barədə məlumatlandırılmasındakı çatışmazlıqlarla bağlı məsələlər daim gündəmə gəlir. Bu məsələləri mütəmadi olaraq biz də gündəmə gətiririk. Əhalinin maliyyə məsələləri ilə əlaqədar məlumatlılıq səviyyəsinin artırılması vacibdir. Tərəflər arasında hər hansı bir razılıq əldə olunursa, bu detallar izah olunmalıdır və daha sonra müştəri üçün hansısa sürpriz olmamalıdır. Müqavilələrin tərtib qaydaları, ifadələrin və şriftlərin seçilməsinə qədər məsələ müzakirə olunur. Eyni zamanda böyük ehtimalla qarşı tərəfin, yəni istehlakçının tələbinin də müəyyən qədər aşağı olmasından qaynaqlanır. Çünki istehlakçılar adətən hər hansı bir vəsaitə ehtiyac olanda və ya kredit götürəndə daha qısa müddətə nəticə əldə etmək üçün şərtləri daha dərindən araşdırmırlar. Düşünürəm ki, istehlakçıdan daha ciddi tələblər gələrsə, bankların da daha məsuliyyətli davranışına və müqavilə şərtlərinin təkmilləşdirilməsinə gətirib çıxarar. Amma bu istiqamətdə hər hansı bir tələbin aşağı olduğunu düşünürəm”. 

Ekpsert vətəndaşları müqavilə şərtlərinə daha diqqətlə yanaşmağa çağırıb:

“Peşəkar inkişaf strategiyası olan bir bank hansısa fırıldaqçılıq hallarına yol verməməyə çalışmalıdır. Problem ondan ibarətdir ki, banklar şərtləri aydın izah etmirlər. Banklar müxtəlif müqavilə bəndlərinə istənilən şərti əlavə edərək, istənilən zaman bu şərtləri dəyişə bilirlər. Bu hal kredit kartlarında daha geniş yayılıb. Məsələn, hansısa bank istehlakçıya kredit və debet kartlarını təqdim edərkən, əlavə dəyər vergisinin qaytarılmasının 2 qatını təklif edir. Lakin 1-2 ay keçəndən sonra məlum olur ki, bu seçim dayandırılıb. Seçimin dayandırılması ilə bağlı isə vətəndaş məlumatlandırılmır. Vətəndaş hər hansısa müqavilə imzalayarkən təqdim olunan bütün şərtlərlə tanış olmalıdır. Eyni zamanda banklar da müqavilə təklif



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu tikinti materialları bahalaşacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çoxtonnajlı avtomobillə yükdaşımaların tənzimləməsi üçün müvafiq qaydaların tətbiqinə başlayıb. Belə ki, ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən nəqliyyat vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsi, qabarit parametrləri, həmçinin həmin nəqliyyat vasitələrinin oxlarına düşən yükün icazə verilən kütləsi Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən Qabarit və Çəki Parametrləri" ilə müəyyən edilir.

Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA

AQTA Gürcüstanda yetişdirilən qoyunlarda taun xəstəliyinin qeydə alındığını nəzərə alaraq, bu ölkədən xırdabuynuzlu heyvan idxalına məhdudiyyət qoyub.

Yeni qərar bazarı silkələdi: Azərbaycanda ət bahalaşacaq

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xırdabuynuzlu heyvanların Gürcüstandan Azərbaycana idxalına məhdudiyyət qoyub. Məhdudiyyətə səbəb Gürcüstanın Aşağı Kartli regionunda xırdabuynuzlu heyvanlarda taun xəstəliyinin qeydə alınmasıdır. Ötən il Azərbaycana 25 milyon 102 min dollar dəyərində 320 min 543 baş diri qoyun idxal edilib ki, bu da əvvəlki illə müqayisədə say baxımından 65% və ya 125.9 min baş, dəyər baxımından isə 58% və ya 9.2 milyon dollar çoxdur.