Qəza törətdi, sərnişini ağır vəziyyətdə xəstəxanaya çatdırdı, özü isə 2 aydır tapılmır... - ŞİKAYƏT
Bakı şəhər sakini Quliyev Nurlan Fitatxan oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Hərbi prokuror, ədliyyə general-mayoru Əhmədov Bəhruz Vidadi oğluna müraciət edir:
“Cənab Bəhruz Əhmədov!
Mən, Quliyev Nurlan Fitatxan oğlu, yazaraq bildirirəm ki, sentyabrın 1-də 63 yaşlı atam Quliyev Fitatxan Savad oğlu Abşeronun Pirəkəşkül kəndi ərazisində maşınla vurulub.
Bildirim ki, atam "ayıq sürücü" olaraq müştərini ünvana aparıb. Maşından düşəndən sonra isə onu başqa bir avtomobil vurub. Vuran şəxs öz maşını ilə atamı Pirəkəşkül Xəstəxanasına qoyub. Həmin gündən qəza törədən şəxs haqqında məlumatsız qalmışıq.
Həkimlər xəstənin vəziyyətini ağır olduğunu görüb, 1 saylı Kliniki Tibbi Mərkəzə ("Semaşko") göndəriblər. Atam ciddi zərbələr alıb. Amma hələ də vuran şəxs tapılmır. Az da olsa, məlumatları toplamışıq və bütün sübutlar prokurorluğa təqdim olunub.
Hazırda atamın müalicəsi üçün yüksək məbləğ tələb olunur. Qəzanı törədən şəxs isə 63 yaşlı yaşlı adamı şikəst qoyub gedib, evində rahat yaşayır.
Onu da qeyd edim ki, qəza törədən şəxs hərbi hissədə işləyir. Onun haqqında əldə etdiyim bütün məlumatları bu yaxınlarda paylaşacam. Mənə dəyən zərər bu günə kimi ödənilməyib. Atamı ölümə tərk edən şəxs haqqında heç bir tədbir görülmür.
Mən Sizdən xahiş edirəm, tapşırıq verin, bu şəxsin kimliyi öyrənilib, məsuliyyətə cəlb olunsun".
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Sərdar Süleyman oğlu Səfərov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib.
21-22 oktyabr tarixlərində İrəvanda Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələrinin görüş keçirdiyi açıqlanıb. Hətta ötən gün Azərbaycan nümayəndələrinin olduğu təyyarənin İrəvana eniş etdiyinə dair xəbər erməni ictimaiyyətində maraq doğurdu.
Bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi artırılıb.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 10 oktyabr tarixli 264-VIIQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.
TikTok”da qazanılan vəsait sahibkarların bank hesabına köçürülür. Əgər bu, sahibkar hesabına köçürülürsə, aydındır ki, vergi orqanı həmin əməliyyatı avtomatik görəcək və zəruri vergiləri tətbiq edəcək. Banklar hər ay sahibkarların hesabları barədə məlumatı Vergilər Xidmətinə təqdim edirlər, buna görə də bu proses şəffaf olur”.
Özü bazarda arabaçı işləyir, amma adına 5 şirkət açılıb və 54 min 441 manat vergi borcu var. Şəhid qardaşı olan Xəqani Qasımov bu vəziyyəti yalnız Rusiyaya işləməyə getmək istəyəndə öyrənib. Vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulub, aldığı 950 manatlıq bilet də batıb.