Bir çox hərbi xidməti başa vurmuş şəxslər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Bəs təlimlərə çağırılan şəxs bundan boyun qaçırsa və getməsə, onu hansı cəza gözləyir?
Cia.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu halda vətəndaş ilkin olaraq İnzibati Xətalar Məcəlləsinin 606-cı maddəsinin 606.3-cü bəndinə əsasən cərimələnir:
“Çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunur”.
“Bu tədbir nəticə vermədikdə bu halda vətəndaş Cinayət Məcəlləsinin 321-ci maddəsinə cinayət məsuliyyətinə cəlb edilir”, – deyə P. Sədrəddinov əlavə edib.
Qazaxıstanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 31-də bu ölkənin müdafiə naziri general-leytenant Dauren Kosanov ilə görüşüb.
"Politico” nəşrinin məlumatına görə, Azərbaycan, İndoneziya və Pakistan Qəzza zolağına sülhməramlı qüvvələr göndərmək üçün əsas namizəd ölkələr hesab olunur.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsi müzakirəyə çıxarılıb.
Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyətlər planına əsasən, Azərbaycan Ordusunun qoşun növü, birlik, birləşmə və hərbi hissələrin yanğından mühafizə xidmətlərinin və ştatlı yanğından mühafizə komandalarının rəisləri, həmçinin yanğından mühafizə üzrə müfəttişləri ilə təlim-metodiki toplanış keçirilib.