Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəhid Mübariz Ağahüseyn oğlu Şahmurovun nəşi tapılıb.
Şəhid Mübariz Şahmurov sabah Keşlədə yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, şəhid Mübariz Şahmurov Sabirabadın Nərimankənd kəndində anadan olub. Onun vaxtilə oxuduğu kənd məktəbi də şəhidimizin adını daşıyır.
Xatırladaq ki, M.Şahmurov Milli Qəhrəman Aqil Quliyevin dəstəsində döyüşüb. Mübariz Şahmurov 1992-ci il fevralın 26-da 29 yaşında Xocalıda qəhrəmanlıqla şəhid olub. /"Teleqraf"
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.
Ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində tibb sahəsində ixtisaslaşmış gənc kadrların bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq ediləcək.