banner
banner

Sosİal

Əhaliyə ŞAD XƏBƏR: Bu gün pulsuz OLACAQ

Əhaliyə ŞAD XƏBƏR: Bu gün pulsuz OLACAQ
Bu gün - 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Azərbaycanda bir sıra muzey və tarixi-mədəniyyət qoruqlarında "açıq qapı" günü keçiriləcək. Belə ki, ziyarətçilər bu məkanlara ödənişsiz şəkildə baş çəkə biləcəklər.

Musavat.com Yeni Sabah-a istinadən xəbər verir ki, bununla bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Məlumata görə, aksiya Azərbaycan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqları və muzeyləri əhatə edəcək. Bildirilib ki, aprelin 18-də qeyd olunan məkanlara giriş pulsuz olacaq.

Qeyd edək ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü dünyada tarixi irsin qorunmasına diqqət çəkmək məqsədi ilə qeyd olunur. Bu gün münasibətilə müxtəlif ölkələrdə olduğu kimi, Azərbaycanda da mədəni irs nümunələrinin daha yaxından tanıdılması üçün xüsusi tədbirlər həyata keçirilir.

"Açıq qapı" günü çərçivəsində vətəndaşlar və şəhər qonaqları tarixi abidələr, muzey eksponatları və mədəni irs nümunələri ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər. Bu təşəbbüs həm tarixi məkanlara marağın artırılması, həm də cəmiyyətin mədəni irsin qorunması ilə bağlı məlumatlılığının gücləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

DYP sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib.

Hava ilə bağlı XƏBƏRDARLIQ

Aprelin 18-də, 18-20-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

​2 rəsmi bayramı ləğv etdilər

Slovakiyada hökumət dövlət büdcəsində yaranan kəsiri azaltmaq məqsədilə iki rəsmi bayramın təqvimdən çıxarıldığını açıqlayıb.

Azərbaycanda kommunal xidmətlər yenidən bahalaşacaq? -VACİB AÇIQLAMA

Dünyada enerji böhranları, geosiyasi gərginliklər və inflyasiya dalğası bir çox ölkədə kommunal xidmətlərin qiymətlərinin artmasına səbəb olub. Xüsusilə, qaz, elektrik və su tariflərində müşahidə olunan bahalaşma əhalinin sosial rifahına birbaşa təsir göstərir.

Baş Nazirdən MAAŞLARLA BAĞLI qərar – ARTACAQ

Nazirlər Kabinetinin 2004-cü il 9 yanvar tarixli 2 nömrəli Qərarı ilə təsdiq olunmuş “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”ndə dəyişiklik edilib.