banner
banner

Təhsİl

Müəllim əməkhaqqına görə direktorla dalaşdı, arvadını və qızını DÖYDÜ - TƏFƏRRÜAT

Müəllim əməkhaqqına görə direktorla dalaşdı, arvadını və qızını DÖYDÜ - TƏFƏRRÜAT

İmişlidə müəllimlə məktəb direktorunun ailəsi arasında dava olub.

Cia.az lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Yeni Bəhramtəpə qəsəbəsində baş verib.

İttiham aktına görə, qəsəbədəki məktəbdə ingilis dili fənnini tədris edən müəllim, 36 yaşlı Dünyamin Ataşov (ad və soyad şərtidir) davamlı olaraq işlədiyi məktəbin direktorundan əməkhaqqının niyə köçürülmədiyini soruşub. Bir gün yenə həmin sualı verəndə direktor bezdiyini deyib və qonşuluqda yaşadıqları üçün görüşüb söhbət etməklərini təklif edib. Direktorun evinin qarşısında söhbət zamanı tərəflər arasında mübahisə düşüb. Müəllim və direktor bir-birini təhqir ediblər. Bu zaman müəllim direktorun arvadının əlinə yumruqla, qızına isə taxta nərdivanla vuraraq xəsarətlər yetirib.

Hadisədən sonra zərərçəkənlər polisə şikayət ediblər və Dünyamin Ataşov saxlanılıb. Onun barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, onun iki dərs saatı direktorun adına yazıldığı üçün hər ay ona hesablama ilə 65 manat ödəniş edib. Sertifikasiya imtahanından kəsildiyi üçün müəllim kimi fəaliyyətinə xitam verilib. Bu zaman direktor ona yenə 65 manat pul verib. Lakin Dünyamin etiraz edərək məzuniyyət pulu ilə birgə vəsaitin daha çox olmalı olduğunu deyib. Direktor isə pulların hələ köçmədiyini bildirib. Beləcə, müəllimin əməkhaqqı məsələsi günlərlə uzanıb. Problem müəllimlə direktorun mübahisəsi və Dünyaminin iki nəfərə xəsarət yetirməsi ilə yekunlaşıb.

Dünyamin Ataşov ifadəsində direktorun ailəsinin onu döydüyünü və hətta üz-gözünün qana bulaşdığını deyib.

Məhkəmənin hökmü ilə Dünyamin Ataşov barəsində altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Lakin onun barəsində amnistiya aktı tətbiq olunub və o, cəzadan azad edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu müəllimlər də sertifikasiyadan KEÇƏCƏKLƏR

Milli Məclis uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində təhsilverənlərin nəzəri və praktiki bilikləri sertifikasiya əsasında qiymətləndirilməsi ilə bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul edib

Valideynlərə vacib XƏBƏR - Aprelin 15-dək...

Paytaxt məktəblərində birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması aprelin 15-dək uzadılıb.

Regionlara bu universitetlər köçürüləcək

Universitetlərin bölgələrə köçürülməsi məsələsi həm iqtisadi, həm də sosial-akademik baxımdan ciddi strateji qərardır. Bir çox ölkələrdə böyük şəhərlərin yükünü azaltmaq və regionların inkişafını sürətləndirmək üçün universitetlərin yerləşməsi yenidən optimallaşdırılır. Burada həm ümumi yanaşma, həm də mümkün universitet-region istiqamətləri mövcuddur".

Ali məktəblərdə təhsil haqları artacaq

Son illər ali təhsil müəssisələrində təhsil haqqı qiymətlərində müəyyən artımlar müşahidə olunur. Hər il bəzi ixtisaslar üzrə qiymətlərdə baş verən bu dəyişikliklər həm abituriyentlər, həm də valideynlər arasında müzakirə mövzusuna çevrilir. Təhsil haqlarının formalaşmasına təsir edən amillər, universitetlərin xərcləri və tədrisin keyfiyyətinin təmin olunması kimi məsələlər bu mövzuda diqqət çəkən məqamlardandır. Mövcud vəziyyət fonunda ali təhsil müəssisələrində təhsil haqlarında müşahidə olunan artımların hansı səbəblərlə bağlı olduğu və bu il qiymətlərdə dəyişiklik gözlənilib-gözlənilmədiyi də müzakirə predmetinə çevrilir.

Bu gün imtahan var

Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Pirallahı rayonlarında, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Ağstafa, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, Ağdaş, Zərdab, Kürdəmir, Lənkəran, Cəlilabad, Bərdə, Tərtər, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 nömrəli tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına məktəb, Horovlu), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd tam orta məktəbləri), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Şabranda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək. Bu gün tədrisi ingilis dilində olan məktəblərin şagirdləri də imtahan verəcəklər.