Kəmaləddin Heydərov baş leytenanta yeni vəzifə verdi
Fövqəladə Hallar Nazirliyində yeni təyinat baş tutub. Cia.az Yurdmedia-ya istinadən xəbər verir ki, İbrahim Məsimov FHN Dövlət Yanğından Mühafizə Xidmətində Yanğından mühafizə bölməsinin rəisi vəzifəsinə təyin edilib.
Baş leytenant İbrahim Məsimov 2022-ci ildən yeni təyinata qədər qurumda növbə rəisi vəzifəsində çalışıb.
Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb.
2027-ci ildə Azərbaycanın 67 şəhər və rayonunun heç birinə yerli xərclərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən əlavə vəsait ayrılması nəzərdə tutulmur.
2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstərə bilər.
Oktyabrın 21-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda I Ailə Forumu keçirilib.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) strateji əhəmiyyətli Hörmüz boğazında dörd gəminin vurulduğunu, daha üç gəminin isə minaya düşdüyünü rəsmən elan edib.
Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısının alınması məqsədilə bu il oktyabrın 1-dən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydaları dəyişib.
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri real ifadədə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz artaraq 12 milyard 26 milyon manat təşkil edib.