Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Dmitro Lubinets Rusiyanın işğalı altında olan Xerson vilayətinin Oleşki şəhərində humanitar missiyanın həyata keçiriləcəyini təsdiqləyib.
Cia.az xəbər verir ki, ombudsmanın sözlərinə görə, icrası son dərəcə mürəkkəb olan bu əməliyyat mərhələli şəkildə gerçəkləşdiriləcək.
Ukrayna ombudsmanının sosial şəbəkə hesabındakı bəyanatında deyilir: "Əldə olunmuş razılaşma çərçivəsində, ilk növbədə, atəşkəs (sakitlik rejimi) təmin ediləcək. İkincisi, Oleşkiyə humanitar yardım çatdırılacaq. Üçüncüsü isə mülki əhalinin şəhərdən maneəsiz çıxışı təmin olunacaq. Hər kəsdən bu humanitar missiyanın gedişatı ilə bağlı rəsmi məlumatların yayılmasına anlayışla yanaşmağı xahiş edirəm. Hazırda bütün dünya Oleşkidən danışır. Əməliyyat pilləli şəkildə aparılacaq, çünki onun reallaşdırılması maksimum dərəcədə çətindir. Çıxarılan nəticələr barədə Ukrayna ictimaiyyətini müntəzəm məlumatlandıracağam".
Ukraynalı ombudsman danışıqlar prosesindəki göstərdiyi səylərə, liderliyə və koordinasiyaya görə ABŞ-nin birinci xanımı Melaniya Trampa və onun komandasına təşəkkürünü bildirib.
D.Lubinets Ukrayna tərəfindən danışıqlarda şəxsən iştirak etdiyini, Rusiya tərəfini isə insan hüquqları üzrə müvəkkil Yana Lantratovanın təmsil etdiyini diqqətə çatdırıb.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.
Türkiyənin şimal-qərb hissəsində, o cümlədən İstanbul, Mərmərə dənizi regionu və Qara dənizin qərb sahillərində şənbə günü üçün narıncı meteoroloji təhlükə kodu elan olunub.
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Aİ liderlərinə ümumavropa strateji qaz ehtiyatı yaratmaq ideyasını nəzərdən keçirməyi təklif edib.
Dünya ticarətinin əsas arteriyalarından biri olan Hörmüz boğazında ciddi insident baş verib. İçərisində minlərlə elektronika məhsulu olan yük gəmisi minaya düşüb.
ABŞ prezidenti Donald Tramp ABŞ administrasiyasının süni intellekt siyasətini əlaqələndirəcək yeni bir hökumət agentliyi olan "Superintellekt Qüvvələri"nin yaradıldığını elan edib.