banner
banner

Gündəm

Xəzərdə kütləvi balıq tələfatı – Azərbaycana təhlükə gözlənilir?

Xəzərdə kütləvi balıq tələfatı –

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb.

Balıqçılıq və Akvakultura Mərkəzindən Modern.az-a cavab olaraq bildirib ki, hazırkı məlumatlar əsasında hadisənin Azərbaycana birbaşa təsir göstərəcəyini təsdiqləmək mümkün deyil.

Mərkəzdən qeyd olunub ki, Xəzər dənizi vahid su hövzəsi olduğundan onun ekoloji vəziyyətində baş verən dəyişikliklər, o cümlədən suyun keyfiyyətinə, hidrometeoroloji şəraitə və su bioresurslarının yaşayış mühitinə təsir edən amillər bütün Xəzəryanı ölkələr üçün əhəmiyyət daşıyır.

Bununla belə, Qazaxıstan sahillərində qeydə alınan hadisənin Azərbaycanda analoji vəziyyətə səbəb olacağını və ya ölkəmizə birbaşa təsir göstərəcəyini demək üçün kifayət qədər məlumat yoxdur. Belə bir ehtimalın qiymətləndirilməsi üçün balıqların tələfat səbəbi, hadisənin başvermə şəraiti, suyun hidrokimyəvi göstəriciləri və digər elmi məlumatlar araşdırılmalıdır.

Məlumatlara görə, hadisə oktyabrın 20-də qeydə alınıb. Ölü balıqlar “Ömir glamping” istirahət zonası ərazisindən Pesaçnı burnu istiqamətinə və Kurık limanına qədər uzanan, təxminən 15 kilometr uzunluğunda sahil zolağında aşkarlanıb. Balıq cəsədlərinin müxtəlif parçalanma mərhələlərində olduğu bildirilib.

Hadisə ilə bağlı aidiyyəti dövlət qurumlarına məlumat verilib, balıq cəsədlərinin toplanması, daşınması və utilizasiyası istiqamətində tədbirlərə başlanılıb.

Qazaxıstanın müvafiq qurumlarının açıqlamalarına əsasən, balıqların uzun müddət əvvəl tələf olması və cəsədlərin təbii quruma mərhələsində olması səbəbindən histoloji və toksikoloji təhlillər üçün yumşaq toxuma nümunələri götürmək mümkün olmayıb. Bu səbəbdən ölümün dəqiq səbəbi müəyyənləşdirilməyib.

Vizual müayinə zamanı balıqların bədənində balıqçılıq torlarının izləri və qarmaqla ovlanmaya xas dəliklər aşkarlanmayıb. Güclü qərb küləyinin balıq cəsədlərini sahilə çıxarmış ola biləcəyi də ehtimallar arasında göstərilib.

Qeyd edək ki, hadisənin səbəbi ilə bağlı yekun nəticə olmadığından balıqların tələfatını konkret amillə əlaqələndirmək hələlik mümkün deyil.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya ilin sonunda açılır

2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstərə bilər.

Firudin Qurbanov I Ailə Forumunda iştirak edib

Oktyabrın 21-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda I Ailə Forumu keçirilib.

Azərbaycanda kirayə mənzillərlə bağlı qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısının alınması məqsədilə bu il oktyabrın 1-dən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydaları dəyişib.