banner
banner

Gündəm

Mətbuat Şurasından məktəbdəki insidentlə bağlı açıqlama

Mətbuat Şurasından məktəbdəki insidentlə bağlı açıqlama

Bakı şəhəri Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə şagirdin həyatını itirməsi ilə nəticələnmiş faciəli hadisə və bundan sonra yaranmış insident cəmiyyətdə narahatlıq və ictimai müzakirələr doğurub.

Cia az xəbər verir ki, bu barədə Mətbuat Şurasının açıqlamasında deyilir.

Bildirilib ki, belə hadisələr təbii olaraq ictimaiyyətin diqqət mərkəzində olur, baş verənlərin səbəbləri, məsuliyyət məsələləri və gələcəkdə oxşar halların qarşısının alınması ilə bağlı suallar yaradır. Bu baxımdan media nümayəndələrinin olayla maraqlanmaları, ictimaiyyətin informasiya ehtiyacının qarşılanmasına çalışmaları jurnalist missiyanın tərkib hissəsidir.

Azərbaycan Mətbuat Şurası Real TV-nin əməkdaşlarının qeyd olunan hadisə ilə bağlı peşə fəaliyyətlərini həyata keçirərkən fiziki təzyiqlə üzləşmələrini yolverilməz hesab edir.

Şura bildirib ki, jurnalistlərin qanuni peşə fəaliyyətinə maneələrin yaradılması, onlara qarşı fiziki güc tətbiqi və ya təhdidlər qəbuledilməzdir:

“Hər hansı mübahisə və narazılıq yarandığı halda belə, məsələnin həlli zorakılıqla deyil, qanunvericiliyin tələblərinə və qarşılıqlı hörmət prinsiplərinə uyğun şəkildə həyata keçirilməlidir”.

Azərbaycan Mətbuat Şurası eyni zamanda vurğulayıb ki, jurnalistlərin peşə fəaliyyətlərinin sərbəstliyi və ictimaiyyətin informasiya əldə etmək hüququ ilə yanaşı, faciəli hadisələrin işıqlandırılmasında, xüsusilə azyaşlılar və yeniyetmələrin iştirakı ilə bağlı insidentlər zamanı peşə etikası və xüsusi həssaslıq prinsipləri ciddi şəkildə gözlənilməlidir.

“Mətbuat Şurası ümid edir ki, baş vermiş insidentin bütün halları obyektiv və hərtərəfli araşdırılacaq, hadisə iştirakçılarının hərəkətlərinə hüquqi qiymət veriləcək”, - açıqlamada deyilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu şəxsləri 5 min manat cərimə gözləyir

Mobil telefon nömrəsini və ya telefon aparatını mütəmadi gəlir əldə etmək məqsədilə başqa şəxsə kirayəyə vermək 5 min manatadək cərimə ilə nəticələnə bilər.

Baş nazir mühüm qərar imzaladı

Nazirlər Kabineti (NK) "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"nda dəyişiklik edib.

Bu şəxslərə 10 gün vaxt verildi - Nazirlik açıqlama yaydı

Borclular icra sənədlərində göstərilən tələbləri könüllü şəkildə yerinə yetirməlidirlər. Bu məqsədlə, məhkəmənin qərarında başqa müddət nəzərdə tutulmayıbsa, icraata başlanıldığı vaxtdan etibarən ən çoxu 10 gün müddət müəyyən edilir.

Prezident və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” SƏRGİSİNDƏ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva oktyabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr edilmiş "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar.

FHN Bakıda məşhur pizza restoranını bağladı

Bakının Yasamal rayonunda, Akademik Şəfaət Mehdiyev küçəsi 23 ünvanında yerləşən məşhur “El Pizza” restoranının fəaliyyəti Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən dayandırılıb.

Bakıda bu küçə bağlanır

Sabunçu rayonunda yerləşən Yeni Ramana küçəsində təmir işləri ilə əlaqədar bu gündən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.