Bakının Yasamal rayonunda, Akademik Şəfaət Mehdiyev küçəsi 23 ünvanında yerləşən məşhur “El Pizza” restoranının fəaliyyəti Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən dayandırılıb.
Cia.az xəbər verir ki, yoxlamalar zamanı yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən obyektin mətbəxində təbii qazdan normativlərə zidd istifadə olunduğu, standarta uyğun olmayan odun sobalarının quraşdırıldığı, odsöndürən balonların tələb edilən hündürlükdə yerləşdirilmədiyi, təxliyə planının və yanğına qarşı daxili rejimin olmadığı, həmçinin daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsinin təqdim edilmədiyi müəyyən edilib.
FHN-dən bildirilib ki, mövcud nöqsanlar hər an baş verə biləcək yanğının genişlənərək faciəyə səbəb olması riskini yaratdığı üçün obyektin işinin dayandırılması barədə qərar verilib və rəsmi sənəd restoran nümayəndəsinə təqdim olunub.
Sabunçu rayonunda yerləşən Yeni Ramana küçəsində təmir işləri ilə əlaqədar bu gündən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.
Azərbaycan qanunvericiliyinə əsasən hava nəqliyyatından (təyyarədən) tam ödənişsiz istifadə imkanı məhdud çərçivədə və xüsusi şərtlər daxilində tənzimlənir.
Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb.
2027-ci ildə Azərbaycanın 67 şəhər və rayonunun heç birinə yerli xərclərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən əlavə vəsait ayrılması nəzərdə tutulmur.
2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstərə bilər.