Azərbaycan xarici borcun Ümumi Daxili Məhsula (ÜDM) nisbətinin aşağı olmasına görə dünya ölkələri arasında ən yaxşı göstəricilərə malik dövlətlər sırasındadır.
Cia.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramovun “Facebook” səhifəsində paylaşım edib.
Deputat bildirib ki, Prezident İlham Əliyev “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Azərbaycanın xarici borcunun ÜDM-in 5 faizindən bir qədər çox olduğunu vurğulayıb. Dövlət başçısı bu göstəriciyə görə ölkəmizin dünyada xarici borcu ən aşağı olan dövlətlərdən biri olduğunu qeyd edib.
Vüqar Bayramovun sözlərinə görə, iqtisadi təhlükəsizliyin əsas meyarlarından sayılan bu göstərici üzrə “World Economics”in statistikası da Azərbaycanın yüksək mövqeyini təsdiqləyir. Xarici borc almaq potensialı olan ölkələr arasında Azərbaycan dünya üzrə ilk üçlükdə qərarlaşıb.
Deputat qeyd edib ki, xarici borcun ÜDM-dəki payının birrəqəmli olduğu ölkələrin sayı dünyada cəmi 9-dur. Avropa regionunda isə Azərbaycan xarici borcun ÜDM-ə nisbətinin aşağı olmasına görə birinci yerdədir.
Müqayisə üçün bildirilib ki, Avropada ÜDM-ə nisbətdə ən yüksək xarici borc göstəriciləri Lüksemburq, Malta və Kiprdə qeydə alınıb. Xarici borc yükü ən yüksək olan ilk 10 ölkənin siyahısını Fransa tamamlayır. Bu ölkənin xarici borcu ÜDM-dən 2,6 dəfə çoxdur.
Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollar təşkil edir. Bu məbləğ ölkənin xarici dövlət borcunu 20 dəfə üstələyir. Deputatın fikrincə, bu göstərici Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva oktyabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr edilmiş "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar.
Bakının Yasamal rayonunda, Akademik Şəfaət Mehdiyev küçəsi 23 ünvanında yerləşən məşhur “El Pizza” restoranının fəaliyyəti Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən dayandırılıb.
Sabunçu rayonunda yerləşən Yeni Ramana küçəsində təmir işləri ilə əlaqədar bu gündən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.
Azərbaycan qanunvericiliyinə əsasən hava nəqliyyatından (təyyarədən) tam ödənişsiz istifadə imkanı məhdud çərçivədə və xüsusi şərtlər daxilində tənzimlənir.
Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb.
2027-ci ildə Azərbaycanın 67 şəhər və rayonunun heç birinə yerli xərclərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən əlavə vəsait ayrılması nəzərdə tutulmur.