Gündəm
Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib - SƏRƏNCAM
Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib.
Çap mediası üçün təşkil edilən müsabiqənin nəticələri - SİYAHI
Çap media subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb.
Vladimir Putin İlham Əliyevə zəng vuraraq təyyarə qəzasına görə üzrxahlığını ifadə etdi
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Prezident xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış oldu - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub.
AZAL Rusiyanın bu şəhərlərinə uçuşları DAYANDIRDI
“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan ilkin araşdırmaların nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, Bakıdan Rusiyanın aşağıdakı hava limanlarına reysləri 28 dekabr 2024-cü il tarixindən yekun araşdırma başa çatana qədər Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən dayandırır.
AZAL-ın təyyarəsi dron hücumuna görə geri qayıtdı
Səhər saat 09:45-də Bakıdan Mineralnıye Vodı (Rusiya, Stavropol - red.) istiqamətində havaya qalxan AZAL-a məxsus "Embrarer E190" təyyarəsi geri dönüb.
Təyyarə qəzasında həlak olan Qoşqar Sadıqov Cəlilabadda dəfn edilib
Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Qoşqar Firidun oğlu Sadıqovun nəşi ailəsinə təhvil verilib.
Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqləyib
Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi "2025-ci il dövlət büdcəsi haqqında" qanunu təsdiqləyib.
AZAL həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəyəcək
AZAL bu şirkətə məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların hər birinin ailəsinə 40 min manat kompensasiya ödəyəcək.
Ukrayna tərəfi təyyarəni Rusiyanın vurduğunu iddia edir
Cia.az "Anadolu Agentliyi"nı xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı abəyanat verib. Onun sözlərinə görə, Azərbaycanın sərnişin təyyarəsi Rusiyanın zenit-raket kompleksi ilə vurulduqdan sonra Qazaxıstana sarı uçub.
Təyyarə qəzasında sağ qalan sərnişinlərdən 12-si bu gün Azərbaycana gətirilir
Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarənin qəzası nəticəsində sağ qalan sərnişinlərdən 12 nəfəri bu gün Azərbaycana gətirilir.
Qəzaya uğrayan təyyarənin sərnişinlərindən 6-sı reanimasiyadadır - RƏSMİ
AZAL-a məxsus olan və Bakı-Qroznı reysini yerinə yetirərkən uğrayan təyyarənin sərnişinlərindən 20 nəfərin müalicəsi Aktaudakı xəstəxanada davam etdirilir.
Prezident tapşırıq verdi: Qəzada həlak olan və xəsarət alanların ailələrinə yardım göstəriləcək
Prezident İlham Əliyev "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb.
Qazaxıstan Nəqliyyat Nazirliyi: Aktauda qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub
"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Aktauda qəzaya uğrayan təyyarəsində 37 Azərbaycan vətəndaşı olub.
Aktauda qəzaya uğrayan AZAL-ın təyyarəsində 67 nəfər olub - RƏSMİ
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.


