banner
banner

Gündəm

General Natiq Əliyevin qızı SAXLANILDI

General Natiq Əliyevin qızı SAXLANILDI

General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb.

General qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir.

İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdən külli miqdarda pul alıb. O, vətəndaş şikayəti əsasında prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub, dünən gecədən istintaq nəzarətindədir.

Şikayətçi iddia edir ki, torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə ondan külli miqdarda pul alıb.

Hələlik onun barəsində məhkəmə qərarı yoxdur. O, təqsirləndirilən şəxs qismində cəlb edilərsə, gün ərzində hakim qarşısına çıxarılacaq.

T.Əliyevanın şübhəli bilindiyi Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsində 500 min manatdan çox ziyan vurmaq nəzərdə tutulur. Əməlin cəzası 10 ildən 14 ilə kimi həbsdir.

Qeyd edək ki, Türkər Əliyeva Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun, sonradan isə eyni nazirliyin Tibb xidmətinin rəisi işləmiş general-mayor Natiq Əliyevin qızıdır.

General qızı bir müddətdir müxtəlif qalmaqallarla medianın gündəmindədir. Bu yaxınlarda o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində idarə rəisi və bir əməkdaşın ona qarşı qanunsuzluq və təhqirlərə yol verdiyini iddia etmişdi. Sonradan həmin idarə rəisi vəzifəsindən azad edilib. /Qafqazinfo



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.