Noyabrın 10-da Azərbaycanda polis əməkdaşları tərəfindən 37 nəfər cinayət törətməkdə şübhəli bilinərək saxlanılıb.
Cia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, ötən gün ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin edilib.
Axtarışda olan ümumilikdə 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 19-u borclu şəxs qismində axtarışda olub.
Bundan başqa, narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 2 fakt müəyyən edilib.
10.11.2026 - 20:31
Bakının Xətai rayonu ərazisində yol nəqliyyatı hadisəsi zamanı sürücü ölüb.
10.11.2026 - 11:31
Qubada ölümlə nəticələnən qəza olub.
09.11.2026 - 11:08
Rusiyanın paytaxtı Moskvada bir neçə iri ticarət mərkəzinin keçmiş ortaq sahiblərindən olan, əslən azərbaycanlı iş adamı Solomon Manaşirov qiyabi olaraq 12 il müddətinə azadlıqdan məhrum edilib.
07.11.2026 - 19:04
Bakı–Şamaxı–Yevlax avtomobil yolunda ölümlə nəticələnən qəza olub.
07.11.2026 - 11:21
Azərbaycanda kişi şantaj olunub.
06.11.2026 - 17:16
Bakıda iş adamını şantaj edərək 30 min manat pul tələb edən Vətən müharibəsi qazisi 24 yaşlı İlqar Əzimova (ad-soyad şərtidir) hökm oxunub.
06.11.2026 - 17:13
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib.
06.11.2026 - 11:48
Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib.
05.11.2026 - 19:59
Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb.
04.11.2026 - 10:43
Bakının Qaradağ rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
03.11.2026 - 11:29
Gəncə şəhərində sahibkardan vergi yoxlaması zamanı daha az maliyyə sanksiyası tətbiq etmək müqabilində rüşvət alan dövlət vergi müfəttişi həbs edilib.
31.10.2026 - 11:54
Azərbaycan hüquq-mühafizə orqanlarının müraciəti əsasında beynəlxalq axtarışa verilmiş şəxs Rusiyanın Amur vilayətində saxlanılıb.