Gündəm
İlham Əliyev Paşinyan və Şoltsla görüşdü
Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü başlayıb.
Prezident Fikrət Məmmədovla bağlı təqdimat verdi
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq, Prezident İlham Əliyev Fikrət Fərrux oğlu Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisə təqdimat verib.
Novruz bayramı ərəfəsində əfv olacaq? - AÇIQLAMA
“Əfv sərəncamının imzalanması birbaşa ölkə başçısının müstəsna səlahiyyətindədir. Son günlər ölkədə əfv olacağı ilə bağlı fikirlərin səslənməsi adətən əvvəlki illərdə Novruz bayramı ərəfəsində həmin qərarın imzalanması ilə əlaqədardır. Amma bu il Novruz bayramı ərəfəsində əfv sərəncamının olması ilə bağlı ehtimallar o qədər böyük deyil”.
Gürcü şirkəti qızıla görə BİZİ ZƏHƏRLƏYİR... - İctimai fəal həyəcan təbili çaldı...
"Gürcüstanda fəaliyyət göstərən RMG Holding-ə daxil olan RMG Copper və RMG Gold şirkətləri, Bolnisi rayonu ərazisində mədənlərdən qızıl çıxarmağı aktivləşdiriblər. Flizlərdən qızıl külcələrinin təmizlənməsində müxtəlif kimyəvi maddələrlə yanaşı, sianid geniş istifadə olunur. Yəni RMG Holding faktiki olaraq sianidlə Debed və Xram çaylarının, daha sonra isə Kur çayının Qazax rayonundan tutmuş ta Neftcala rayonuna qədər bütün su hövzəsini zəhərləyir".
Yeni baş nazirdən İLK AÇIQLAMA
Milli Məclis Əli Əsədovun Baş nazir vəzifəsinə təyinatına razılıq verib.
DİN Xankəndi ilə bağlı MÜHÜM MƏLUMAT yaydı
Fevralın 15-də Xankəndi şəhəri ərazisində 12 silah və sursatlar aşkarlanıb.
Azərbaycanın YENİ Baş naziri KİM olacaq? - Adı bilindi
Prezident İlham Əliyevin təqdimatı əsasında Baş nazir vəzifəsinə namizədliyi təqdim edilmiş Əli Əsədovun namizədliyi Milli Məclisdə təsdiqlənib.
Onlardan hansı yeni baş nazir olacaq? - Saatlar qaldı...
Azərbaycanda yeni hökumətin formalaşması bu gün reallaşa bilər. Milli Məclisin fevralın 16-da keçiriləcək növbədənkənar iclasında yeni baş nazirin adı məlum olacaq.
Prezidentən şəhid ailələri və əlillər ilə bağlı SƏRƏNCAM - 2025-ci ilə qədər uzadıldı
“Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilib.
Həyəcan pik nöqtədə: Onlarla bağlı hansı qərar veriləcək?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin inauqurasiya mərasimindən sonra Azərbaycan hökuməti istefa verdi. Hazırda baş nazir Əli Əsədov daxil olmaqla, bütün hökumət üzvləri – Baş nazirin birinci müavini, iki müavini, 17 nazir, 7 Komitə sədri, 3 Xidmət rəisi və 2 Agentlik sədri öz vəzifələrini müvəqqəti icra edirlər.
Bu halda sülh müqaviləsi olmayacaq - Prezident
Bizim Ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir. Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz.
Kəmaləddin Heydərov polkovniki İŞDƏN ÇIXARDI
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin rəisi işdən azad olunub.
SON DƏQİQƏ: MN TƏCİLİ MƏLUMAT YAYDI: Ermənistan silahlı qüvvələri...
Fevralın 14-ü saat 12:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstibulaq yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopterlə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.
Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası jurnalistlərə çağırış edib
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının birgə bəyanat yayıb.
İlham Əliyev xanımı ilə Şəhidlər xiyabanında
Fevralın 14-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər.


