banner
banner

Gündəm

Azərbaycanda matəm elan olunacaq? - AÇIQLAMA

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

MN: Bölmələrimiz artilleriya atəşinə məruz qalıb

Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub.

Prokurorluq Əvəz Zeynallı haqda rəsmi açıqlama yaydı və XƏBƏRDARLIQ ETDİ

Mediada yayımlanmış məlumatlar və cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq daxil olmuş müraciət əsasında aparılmış araşdırma zamanı vəzifəli şəxsin külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Laçınla bağlı YENİ XƏBƏR

Azərbaycan ordusu tərəfindən tam nəzarətə götürülmüş Laçın şəhəri, Sus və Zabux kəndlərinin içməli su təchizatının bərpa edilməsi məqsədilə “Azərsu” ASC tərəfindən tədbirlər davam etdirilir.

İndi Kəlbəcərlə yanaşı Tovuzu da ATƏŞƏ TUTDULAR... - DÜŞMƏN QAŞINIR...

Sentyabrın 7-si saat 21:00-dan sentyabrın 8-i saat 04:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Subatan və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Səfər Mehdiyevə qarşı hansı MADDƏLƏR İRƏLİ SÜRÜLƏ BİLƏR... - İTTİHAM VAR!

Müdriklər deyir ki, hər kəs öz dilinin altında gizlənib, ağzını açıb danışan kimi hər şey bəlli olur. Bu müdrik kəlamı belə də ifadə etmək olar: Hər kəs öz tərcümeyi-halında gizlənib. Ona görə də Gündəlik-Bakı olaraq kimdən yazırıqsa, mütləq onun tərcümeyi-halını diqqətlə təhlil edirik, onun karyerasına nəzər salırıq. Bu günkü “qəhrəman”ımız bir neçə ay öncə vəzifəsindən azad edilən, polis işçisinə "Sən nə qanmaz adamsan" deyən, Dövlət Gömrük Komitəsinin sabiq sədri, Səfər Mehdiyevdir.