banner
banner

Gündəm

Respublika Gününün adı bu səbəbdən dəyişdirilir

Xəbər verdiyimiz kimi, “Müstəqillik Günü haqqında” qanun layihəsinə təklif edilən dəyişikliyə görə, bundan sonra mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin bərpası Günü kimi ölkədə qeyd ediləcək. Cia.az xəbər verir ki, təqdim edilən layihədə bayram günlərinin adlarının dəyişdirilməsinin səbəbi izah edilib.

Azal Ermənistan üzərindən uçuç etdi

“Azərbaycan Hava Yolları” aviaşirkəti oktyabrın 6-dan etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb.

Koronavirusa həsr olunmuş tamaşa hazırlanır

Azərbaycanda koronavirus pandemiyasına həsr olunmuş teatr tamaşası nümayiş olunacaq. Cia.az xəbər verir ki, Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulacaq tamaşa Pərviz Seyidlinin “Mələk” adlı səhnə əsəri əsasında hazırlanıb.

Prezident: "Bu praktika şəhərsalma işlərində birincidir və biz dünyanın ən gözəl təcrübəsini gətirmişik"

"Bu gün həm Cəbrayılda, həm də işləri artıq başlanan Ağdamda, Şuşada ən yüksək səviyyəli işlər görüləcək. Mən bu işləri hər hansı bir başqa standartlarla müqayisə etmək istəmirəm, çünki o, şəhərsalma işlərində mövcud deyil. Bu praktika şəhərsalma işlərində birinci praktikadır və biz dünyanın ən gözəl təcrübəsini gətirmişik".

“Bir nəfər də işsiz olmamalıdır”

“İlk növbədə, məşğulluq üçün gərək planlı şəkildə iş görək, camaat buraya qayıdandan sonra iş də olsun. Bir nəfər də işsiz olmamalıdır”.