banner
banner

Gündəm

Rövşən Rüstəmovun işçiləri ÖZBAŞINA QALIB... - Hətta naziri belə eşitmirlər...

"Mən Eldar Güləliyev Azərbaycan Dəmir Yolları QSC-nin İnfrastrktur Departamentinin 1 nömrəli işarəvermə və rabitə sahəsinin XAZ sexinin böyük mexaniki işləyirdim. Mən tərəfdən istifadə olunması üçün mühafizə olunan dəmir yolu keçidi üçün 900 metr kabel lazım idi. Mən bu barədə idarənin rəisi Elxan İsmayılova müraciət etdim. Mənə bildirdi ki kabel yoxdur. Halbuki dövlətimiz tərəfindən izolyasiya olunmuş külli miqdarda qiyməti olan kabellərlə təmin olunublar..."

Sahil Babayev Samir Şərifova "sədaqət andı içənləri" yola salır - Öz əski komandasını gətirir

Bu ilin fevralın 7-də kollektivə təqidm olunan yeni maliyyə naziri Sahil Babayev ilk əmrilə martın 10-da aparat rəhbəri Cavanşir Yusifovu vəzifədən azad etdi. Əslində yeni postunda möhkəmlənmədən atdığı bu addımla nazir növbəti dalğanın mahiyyətini də anons etmiş oldu. Yəni köhnələrdən, illər uzunu keçmiş nazir Samir Şərifovla bərabər çirkaba bulaşanlar mövqelərini itirəcək

Prezident fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.

Sabiq deputatın tikintisi dayandırıldı

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi paytaxtın Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi, 175-177 ünvanında “Kəpəz MTK”ya məxsus hündürmərtəbəli yaşayış binasının dam hissəsində aparılan işlərlə bağlı açıqlama yayıb.