Gündəm
Samir Şərifov yeni vəzifəsində ilk onu qarşıladı
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana gəlib.
Vahid Ələkbərovun oğlu bu vəzifəsini tərk edir
Rusiyanın “Lukoil” neft şirkətinin qurucusu Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov “Spartak” futbol klubunun Direktorlar Şurasını tərk etmək qərarına gəlib.
Ramiz Mehdiyevin qızına icazə verildi
Məhkəmə hökmü ilə müsadirə edilərək satışa çıxarılan məşhur "Bakı Oksford Məktəbi"ni geri qaytarmaq uğrunda mübarizə davam edir. Düz 4 ay əvvəl Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva və məktəbin təsisçisi Mehriban Məmmədova məktəbdə 1/2 hissəlik pay sahibi olduqlarını iddia edərək yeni məhkəmə baxışı başlatmaq üçün müraciət ediblər.
Çimnaz Sultanovanın ölümü ilə bağlı YENİ FAKTLAR: “Həmin adamdan dərman alırdı...”
Ötən gün vəfat edən aktrisa Çimnaz Sultanovanın ölüm səbəbi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. 43 yaşlı aktrisanın keçirdiyi estetik əməliyyatlardan və bir müddətdir ki, əziyyət çəkdiyi xərçəng xəstəliyindən dünyasını dəyişməsi iddia edilir.
Sahil Babayev bu qurumun müdirini işdən çıxardı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının müdiri Müseyib Fayaz oğlu Əliyev vəzifəsindən azad edilib.
Hospital rəisindən Elçin Quliyevə şikayət
Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan zabiti Fərid Əzizli adıçəkilən xidmətin rəisi general-polkovnik Elçin Quliyevə müraciət edib.
Baş nazirdən hərbi xidmət yaşı ilə bağlı sərəncam
Azərbaycanda hərbi xidmətə çağırış və müddətli həqiqi hərbi xidmət keçməyə son yaş həddinin endirilməsinin tətbiqi üçün hazırlanan mexanizmlər Nazirlər Kabinetinə təqdim olunub.
İcra başçılarına QADAĞALAR qoyuldu
Son illərdə ölkənin müxtəlif bölgələrində, həmçinin paytaxt Bakıda icra başçılarının “tikinti maqnatı” kimi fəaliyyət göstərməsi və bu sahədə qanunsuz addımlar atması ilə bağlı xəbərlər geniş müzakirə mövzusu olub. Qeyri-qanuni yollarla inşa edilən və satılan binalar həm əmlak bazarında neqativ təsirlər göstərib, həm də tikinti sahəsində qanunvericiliyin pozulması ilə bağlı ciddi narahatlıqlara səbəb olub.
Fövqəladə vəziyyət və səfərbərlik haqqında qanunlara dəyişiklik edildi
Prezident İlham Əliyev "Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında" və "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 92-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
COP29 könüllülərinə 1500 manat verilir
Ötən ilin noyabr ayında Bakıda keçirilən COP29-da könüllü olan şəxslərə xüsusi pul mükafatı ayrılıb.
“Bəxtiyar Hacıyevlə bağlı qərara xarici müdaxilə qəbuledilməzdir” - XİN
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ-nin Bakıdakı səfirliyinin iddialarına cavab verib.
Bələdiyyələrin birləşməsi ilə bağlı komissiyalar yaradılacaq
Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə komissiyalar yaradılacaq.
Bakıya gələn təyyarələr eniş edə bilmədi: Gecə saatlarında
Yanvarın 13-dən 14-nə keçən gecə “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin İstanbul-Bakı (J2-078), Moskva-Bakı (J2-808) və Təl-Əviv-Bakı (J2-322) reysləri təyinat məntəqəsində hökm sürən dumanlı hava şəraiti səbəbindən ehtiyat hava limanına yönləndirilib.
Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı?
Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun oğlu Mir Heydər İsmayılov cinayət məsuliyyətinə cəlb edilib.
Samir Şərifov daha bir vəzifəsini itirəcək
Yanvarın 10-da maliyyə naziri vəzifəsindən azad edilən Samir Şərifov tutduğu daha bir postu itirəcək.
Diplomat Ramiz Vəliyevin həbsi təsdiqləndi - FOTO
Ötən gün vəkil Adəm Məmmədov ölkə mediasına açıqlamasında Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyinin təmsilçisi, diplomat əmisi Ramiz Vəliyevin həbs edilməsini təkzib edib.


