banner
banner

Sosİal

SON DƏQİQƏ! Azərbaycanda un bahalaşdı

Ölkədə kifayət qədər taxıl və un ehtiyatı olsa da, Bərdədə unun qiyməti artıb. Bahalaşma həm topdan, həm də pərakəndə satış qiymətlərində müşahidə olunur. Son 3 gündə Bərdədə unun qiyməti təxminən 5-10 faiz bahalaşıb. Apardığımız müşahidələrə əsasən, 3 gün öncə ilə müqayisədə indi əla növ unun bir kisəsi 2 manat baha satılır.

Söküləcək binanın sakinlərinə nə qədər kompensasiya ödənilib? - ÖZƏL

Bu ilin yanvar ayında Musavat.com saytında Bakının Xətai rayonunda Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli binanın söküləcəyi ilə bağlı yazı dərc edilmişdi. “TV Müsavat” ın reportyor qrupu sözügedən ünvanda olmuş, sakinlər və müvafiq şəxslərlə söhbətləşmişdi. Xatırladaq ki, yaşayış binası Zəfər abidə kompleksi ilə bağlı görüləcək işlər çərçivəsində, dövlət sifarişi əsasında sökülməlidir.