banner
banner

Sosİal

Şəhid ailələrinə və müharibə əlillərinə verilən mənzillərin sayı AÇIQLANDI

“Ötən il şəhid ailələrinə və müharibə əlillərinə 3000 mənzil və fərdi ev verilib”. Cia.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov ötən ilin yekunları və qarşıda duran hədəflərə dair keçirdiyi mətbuat konfransında bildirib.

“Ağalı dünən və bu gün”: Zəngilanda tikilən müasir qəsəbədən yeni görüntülər -Video

“Ağalı dünən və bu gün” adlanan videoçarxda ötən bir il ərzində Zəngilan rayonun Ağalı qəsəbəsində qeydə alınan dəyişikliklərin kadrları əks olunub. Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin yaradıcı qrupu 2021-ci ilin 25 yanvar tarixində qəsəbədə çəkilişlər aparıb. 1 il sonra eyni vaxtda - 2022-ci ilin 25 yanvar tarixində bir daha qəsəbədə çəkilişlər edən yaradıcı heyət tam fərqli bir vəziyyəti lentə alıb.

Əcnəbi mütəxəssis federasiyaya vitse-prezident seçildi

Əcnəbi mütəxəssis yeni yaradılan Azərbaycan Qış İdman növləri Federasiyasının vitse-prezidenti oldu. Cia.az xəbər verir ki, bu vəzifəyə Dövlət Turizm Bürosunun İdarə Heyətinin sədri, Dövlət Turizm Agentliyində müşavir işləyən Florian Zenqstşmid gətirilib.

Fevralın ilk gününün hava proqnozu

Fevralın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Cia.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Azərbaycanın peyk xidmətlərinin ixracı artıb

2021-ci il ərzində Azərbaycan Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 41 ölkəsinə 45,3 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Cia.az-a verilən məlumata görə, bu göstərici 2020-ci il ilə müqayisədə 0,4% artıb.

Pensiya artımları yanvara da şamil olunacaq

Yaxın günlərdə orta aylıq əməkhaqqındakı artım faizinin elan oluncağı gözlənilir. Eyni zamanda, əmək pensiyalarının həmin faizə indeksasiya olunacağı bildirilir.