banner
banner

Sosİal

Bu restoran və kafelər cərimələndi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində 2022-ci il yanvarın 18-də ölkə üzrə 432 ictimai iaşə obyektində 766 monitorinq keçirib.

İki dəfə evli olan kişi məktəbli qızı qaçırdı

Tərtər rayonunda məktəbli qız qaçırılıb. Cia.az-ın xəbərinə görə, hadisə rayonun Evoğlu kəndində qeydə alınıb. Kənd sakini 2005-ci il təvəllüdlü Ləman Əhmədova Ağdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılıb. Qızın ailəsi hadisə ilə bağlı polisə müraciət edib.

Azərbaycanda son sutkada koronavirusa yoluxanlar sayı 1000-i ötdü -FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 151 yeni yoluxma faktı qeydə alınıb, 543 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Artan gəlirləri inflyasiya "yeyib"... - Əhalinin real gəlirləri azalıb

Dövlət Statistika Komitəsi (DSK) ötən ilin makroiqtisadi göstəricilərini açıqlayıb. Rəsmi rəqəmlərdən aydın olur ki, 2021-ci ildə Azərbaycanda əhalinin nominal gəlirləri 57 milyard 181 milyon manat olub. Bu, 2020-ci illə müqayisədə 2.6 faiz artım deməkdir. Amma nəzərə almaq lazımdır ki, ötən il ölkədə orta illik inflyasiya göstəricisi daha yüksək – 6.7 faiz idi.

XİN 20 Yanvarla bağlı bəyanat yaydı

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəyanat yayıb. Cia.az xəbər verir ki, bəyanatda deyilir: