Sosİal
Keçən il pensiya ödənişi üçün xərclənən vəsaitin məbləği açıqlanıb
Keçən il pensiya ödənişi üçün xərclənən vəsaitin məbləği açıqlanıb.
Azərbaycanda arağın da qiyməti qalxdı
Ticarət şəbəkəsində yerli istehsal spirtli içkilərin qiyməti bahalaşıb.
Dana və quzu əti də BAHALAŞDI
Bölgələrdə, eləcə də paytaxt Bakıda ət kəsimi məntəqələrində dana və quzu ətinin qiyməti bahalaşıb. Cia.az xəbər verir ki, əvvəl kiloqramı 11 manata satılan dana əti indi 13-14 manata, 14 manata satılan quzu əti isə alıcılara 15-16 manata təklif edilir. Ət kəsimi ilə məşğul olan şəxslər qiymət artımını təsdiqləyib.
“Buta” bütün reyslərdə biletlərin qiymətini 29 avroya endirdi
Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı olan “Buta Airways” aviaşirkəti qiyməti 29 avrodan başlayan "Büdcə" tarifi ilə aviabilet əldə etmək imkanını bərpa edib.
“Nar+” tətbiqi yeniləndi!
Hesab üzərində bir çox əməliyyatları yerinə yetirməyə imkan verən “Nar+” tətbiqinə abunəçilərin rahatlığı üçün yeni funksiyalar əlavə edilib. Belə ki, istifadəçilər artıq “mənə zəng et” və “pul sorğusu” əməliyyatlarını əlavə SMS göndərmək ehtiyacı olmadan, tətbiq üzərindən asanlıqla yerinə yetirə biləcəklər. Bunun üçün ana səhifədən “kömək üçün sorğu” bölməsinə daxil olub lazım olan sorğu növünü seçərək qarşı tərəfin nömrəsini daxil etmək kifayətdir.
Tarif Şurasının iclası keçirildi - Bu qiymətlər artırıldı
Tarif (qiymət) Şurasının 13 yanvar 2022-ci il tarixində keçirilən növbəti iclasında aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.
Ombudsman Aparatından uşağın döyülməsinə - Reaksiya
“Son dövrlər ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində, o cümlədən İsmayıllı şəhər 1 saylı körpələr evi-uşaq bağçasında uşaqlara qarşı baş verən zorakılıq halları Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı olaraq bizi ciddi narahat edir...
Ölkə ərazisində yollardakı vəziyyət açıqlandı
“Zəfər” yolu - Yolun Xocavənd (Tuğ kəndi) - Şuşa şəhərinə qədər güclü qar yağır, qarın qalınlığı 5-10 sm təşkil edir, 3-8 dərəcə şaxta var. Hazırda yolun qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülür. Toğanalı-Kəlbəcər-İstisu - Yolun Murovdağdan keçən hissəsinə güclü qar yağır, şaxta 12-20 dərəcə təşkil edir. Hazırda yolun qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülür. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunur
Azərbaycanda 4 günlük iş rejimi ilə bağlı açıqlama
"Vətəndaşlar 4 gün işləyib, 3 gün istirahət etsinlər". Son zamanlar bu fikir bir sıra ölkələrin müzakirə mövzusuna çevrilib.
Bakının avtomagistrallarında sürət həddi 20 km/saatadək endirilib
Hazırda paytaxtda müşahidə olunan yağıntılı hava şəraitilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə 20 km/saatadək endirilib.
Bu qurumlarda xidməti avtomobillərin sayı artırıldı
Baş nazir Əli Əsədov “Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Qərarda dəyişiklik edib


